BAKI, 28 yanvar — Sputnik. "Bizim təkliflərimiz əsasında yaxın gələcəkdə Qarabağ zonasında yeni astronomik stansiya qurulacaq". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) İcraçı direktoru, professor Nəriman İsmayılov deyib.
Rəsədxana rəsmisinin sözlərinə görə, orada müasir robot teleskopların yerləşdirilməsi, onların buradan idarə olunması, Rəsədxana ərazisində yerin kosmosdan peyk müşahidələri vasitəsilə öyrənilməsi üçün mərkəzi kosmik poliqonun yaradılması kimi məsələlər AMEA rəhbərliyi tərəfindən dəstəklənib.
O qeyd edib ki, bu işlərin həyata keçirilməsi Şamaxı Astrofizika Rəsədxanasının uzaq və yaxın kosmosun tədqiqi üzrə beynəlxalq elmi mərkəzə çevrilməsində çox vacib addım olacaq.
Xatırladaq ki, Qarabağda və ətraf rayonlarda seysmoloji tədqiqatların aparılmasını təmin etmək üçün iş planına 2021-2025-ci illərdə işğaldan azad olunmuş ərazilərimizdə 10 seysmik stansiyanın quraşdırılması məsələsi daxil edilib.
Həmin stansiyaların azad olunmuş ərazilərimizdə hazırda mövcud olan mina təhlükəsi aradan qaldırıldıqdan sonra quraşdırılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: