TƏHSİL

Azərbaycanın hansı universitetlərini problemlər gözləyir?

Təhsil Nazirliyi də indiyə qədər bu problemlə üzləşir, vətəndaşlar tərəfindən müraciətlər var.
Sputnik
BAKI, 28 yanvar — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova akkreditasiyası dayandırılan universitetlərin tələbələrinin daha sonra xaricdə təhsil almaq üçün qarşılaşdığı problemlərə münasibət bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, ali təhsil müəssisələri ilə keyfiyyət təminatına dair görüşdə İdarə Heyətinin sədri deyib ki, institusional səviyyədə akkreditasiyadan keçə bilməyən universitetləri və tələbələrini müəyyən problemlər gözləyir:
"Bir neçə universitet var ki, fəaliyyətini dayandırıb. Təhsil Nazirliyi də indiyə qədər bu problemlə üzləşir, vətəndaşlar tərəfindən müraciətlər var. Ali təhsil şöbəsinin işini analiz edəndə məlum olub ki, ümumi müraciətlərin təxminən 10 faizə qədəri bu məsələ ilə bağlıdır. Bu, tək bizdə deyil, dünyada da belədir ki, akkreditasiyası dayandırılmış universitet və tələbələr bir çox problem və çətinliklərlə qarşılaşırlar. Ona görə də insanlar daha çox dövlət universitetinə müraciət edir, bunun riski daha aşağıdır".
Yeni layihənin detallarına gəlincə, şəxsi mütaliələrin və ehtimal nəzəriyyəsi olmadan rəqəmsal ölçüləbilən bir akkreditasiya meyarları hazırlanıb. Bu ali təhsil müəssisələrinə göndərildikdən sonra universitetlər o meyarlara əsasən keyfiyyət təminatının tənzimlənməsi üçün özləri özünüqiymətləndirmə hesabatları hazırlayacaqlar. Bu ölçüləbilən olacaq və daxili keyfiyyət təminatı prosesinə cavabdeh ali təhsil müəssisələrinin struktur bölmələrinin verdiyi hesabatlar əsasında Akkreditasiya və Nostrifikasiya Agentliyinin cəlb etdiyi müstəqil ekspertlər vasitəsilə eyni kriteriyalar üzrə kənar yoxlama, yəni xarici keyfiyyət təminatı haqqında əminlik yaradacaqlar.
Bu proses bitdikdən sonra qəbul olunan yoxlama aktları Akkreditasiya şöbəsinə təqdim olunacaq. Həmin şöbə də təhsil müəssisəsi haqqında növbəti fəaliyyət dövrü üçün qərarlar qəbul edəcək.
Qeyd edək ki, ötən il Təhsil Nazirliyi universitetlər üçün yeni akkreditasiya meyarları və indikatorları hazırlandığını açıqlamışdı. Yeni layihənin detallarına gəlincə, nazirlikdən bildirilmişdi ki, şəxsi mütaliələr və ehtimal nəzəriyyəsi olmadan rəqəmsal ölçüləbilən akkreditasiya meyarları hazırlanıb.
Bu ali təhsil müəssisələrinə göndərildikdən sonra universitetlər o meyarlara əsasən keyfiyyət təminatının tənzimlənməsi üçün özləri özünüqiymətləndirmə hesabatları hazırlayacaqlar. Bu ölçüləbilən olacaq və daxili keyfiyyət təminatı prosesinə cavabdeh ali təhsil müəssisələrinin struktur bölmələrinin verdiyi hesabatlar əsasında Akkreditasiya və Nostrifikasiya Agentliyinin cəlb etdiyi müstəqil ekspertlər vasitəsilə eyni kriteriyalar üzrə kənar yoxlama, yəni xarici keyfiyyət təminatı haqqında əminlik yaradacaqlar.
Bu proses bitdikdən sonra qəbul olunan yoxlama aktları Akkreditasiya şöbəsinə təqdim olunacaq. Həmin şöbə də təhsil müəssisəsi haqqında növbəti fəaliyyət dövrü üçün qərarlar qəbul edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Şagird-müəllim münasibətləri barədə yeni qaydalar: Komitə valideynlərə çağırış etdi
Ey töhmətli müəllim!
AMEA-da tualet qalmaqalı