HADİSƏ

Tovuzda yanğın bir nəfərin həyatına son qoyub

Yanan şəxsin tüfeyli həyat tərzi keçirdiyi söylənilir.
Sputnik
BAKI, 27 yanvar — Sputnik. Tovuz şəhərindəki ticarət mərkəzinin ərazisində yerləşən, sökülməkdə olan birmərtəbəli binanın bir otağına yığılmış məişət tullantıları yanıb. Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğın yerindən 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tovuzda yanmış tikili
Ərazidə işləyən Tovuz sakini Bakir Nəbiyev Ə.Ələsgərovun tüfeyli həyat tərzi keçirdiyini söyləyib.

"Mərhum dağ kəndlərindən olub. Tüfeyli həyat tərzi keçirib. Gecələr olanda ərazidən daldalanacaq kimi istifadə edirmiş. Elə otağa yığdığı karton parçalarından yanğın başlayıb. Yəqin içkili olub, çıxa bilməyib", - deyə məlumat verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.