BAKI, 27 yanvar — Sputnik. ABŞ təhlükəsizlik zəmanətləri ilə bağlı cavabında NATO-nun şərqə doğru genişlənməməsi barədə ən əsas suala cavab verməyib. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib.
"Bu sənəddə əsas məsələ ilə bağlı müsbət reaksiya yoxdur. Əsas məsələ NATO-nun şərqə doğru daha da genişlənməsinin və Rusiya ərazisini təhdid edə biləcək zərbə endirən silahlarının yerləşdirilməsinin yolverilməzliyi ilə bağlı dəqiq mövqeyimizdir", - deyə Lavrov jurnalistlərə bildirib.
Nazir ABŞ-ın cavabının məzmununu açıqlayıb.
"Sənədin məzmunu - orada ciddi söhbətin başlanmasına dair ümid etməyə imkan verən reaksiya var, ancaq bu ikinci dərəcəli məsələlər barədədir", - deyə Lavrov vurğulayıb.
ABŞ və NATO bu ərəfədə Rusiyaya təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərə cavab verib. ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatlarına əsasən, sənəd Amerikanın Rusiyanın təhlükəsizlik sahəsində fəaliyyəti ilə bağlı narahatlığını və ölkələrin təmas qura biləcəkləri sahələr üzrə təkliflərini əks etdirir.
"İndi biz amerikalılardan aldığımız və Blinkenin özünün dediyi kimi, ABŞ-ın müttəfiqləri olan ukraynalılar və digər Qərb ölkələri ilə razılaşdırılmış cavabı öyrənirik", - deyə Lavrov jurnalistlərə bildirib.
Rusiya yaxın gələcəkdə ABŞ və NATO-dan bölünməz təhlükəsizlik haqqında müddəalarını niyə seçici olaraq başa düşdüklərini soruşacaq.
Yalnız "ləzzətli" olanı "menyu"dan seçirlər
Lavrovun qeyd etdiyi kimi, Cenevrədə ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqları zamanı o, amerikalı həmkarından ATƏT çərçivəsində qəbul edilmiş öhdəlikləri yalnız onlar üçün "ləzzətli" olanı seçdikləri "menyu" kimi hesab etdikləri mövqelərinə necə izah verə biləcəklərini soruşub. Blinken isə çiyinlərini çəkərək bu suala cavab verməyib.
"Vəssalam. Mən onu, eləcə də digər həmkarlarımızı xəbərdar etdim ki, çox yaxın gələcəkdə biz onlara rəsmi sorğu göndərəcəyik. Tələb edəcəyik ki, niyə öz öhdəliklərindən yalnız bir bəndi çıxardıqlarını və bu sevimli bəndə riayət olunması şərtlərinə niyə əhəmiyyət verməməyə çalışıdıqlarını izah etsinlər.
Bu, İstanbul və Astana bəyannamələrini imzalayan bütün ölkə liderlərinə rəsmi müraciət olacaq. Ümid edirəm ki, bu vəziyyətdə Qərbin niyə məhz belə mövqe tutduğunun izahı üçün çox vaxt tələb olunmayacaq", - deyə Lavrov Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirib.
Rusiya tərəfi NATO-nun genişlənməməsi və təhlükəsizliyin bölünməzliyi məsələsində ABŞ-ın birmənalı olmayan mövqeyinin izahına əsas diqqət yetirəcək.
"Bizə 1990-cı illərdə NATO-nun genişlənməməsi ilə bağlı yazılı öhdəliklərin olmamasını deyirdilər. İndi isə bizim bu yazılı öhdəliklərimiz var. Onlar ATƏT çərçivəsində dəfələrlə, o cümlədən ən yüksək səviyyədə təsdiqlənib. Biz indi qərbli həmkarlarımızın bu hiyləgər mövqelərinin izah olunmasına diqqət yetirəcəyik", - deyə nazir qeyd edib.
Təhlükəsizlik zəmanətləri
2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edirdi.
Həmçinin təkliflər NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarət idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.