BAKI, 27 yanvar — Sputnik. Kəlbəcərə dəmiryolu xətti üzrə konseptual layihələr hazırlanıb, hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, Bərdə-Ağdam dəmiryolu xəttinin birinci hissəsi üzrə işlər başlanıb, ikinci hissəsinin layihələndirilməsi işləri aparılır. Həmçinin Füzuli-Şuşa və Horadiz-Ağbənd dəmiryolu xətləri də layihələndirilir:
"Qarabağda 13 avtomobil yolundan 9-u üzrə işə başlanılıb".
Aida Bədəlova deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikintisi və yenidən qurulması nəzərdə tutulan 13 avtomobil yolundan 9-u üzrə işlərə başlanılıb, 1 layihə üzrə isə mobilizasiya işləri aparılır.
"Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində işğaldan azad edilmiş ərazilərdə yolların inşasına, eyni zamanda, şəhərlərarası yolların – Göygöl və Kəlbəcər, Kəlbəcər və Laçın arasında tikilən tunellərə, Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarına xüsusi diqqət ayırıb. Bu layihələrin həm strateji, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacağını vurğulayıb", - o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: