HƏRBİ

Azərbaycanlı zabitin ölüm səbəbi açıqlandı

Respublika Baş Prokurorluğundan verilən məlumata görə, ölüm faktı ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır.
Sputnik
BAKI, 27 yanvar - Sputnik. Yanvarın 27-də "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyiti Culfa rayonunda yaşadığı evdə aşkar edilib.
Respublika Baş Prokurorluğundan verilən məlumata görə, bununla bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər həyata keçirilib.
İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib.
Qeyd edək ki, qeyri-döyüş şəraitində daha bir hərbçimiz 2021-ci il dekabrın 22-də vəfat etmişdi. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səfərov Daşqın Natiq oğlu hərbi xidmətdən kənarda olarkən kəskin ürək və ağciyər çatışmazlığından Şəmkir rayonu ərazisində yerləşən mülki xəstəxanada dünyasını dəyişmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.