RUSİYA

Ukraynasayağı Dünkerk: NATO parçalanıb və ruhdan düşüb

Əgər Qərb Ukrayna demokratiyasının müdafiəsini təmin edə bilmirsə və ya etmək istəmirsə, deməli, əslində Ukrayna ona lazım deyil.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. ABŞ-ın süni şəkildə yaratdığı Ukrayna böhranı Şimali Atlantika alyansını möhkəmləndirməkdənsə yalnız məhv edə bilər. Amerikalılarla avropalıların milli maraqları köklü şəkildə ayrılır. Vaşinqtonun onilliklər boyu regional müharibələr yaradan və milyonlarla insanın ölümünə zəmanət verən məsuliyyətsiz xarici siyasəti çox təhlükəlidir.
Şərti olaraq rusiyapərəst Ukrayna bir vaxtlar Aİ ilə inteqrasiyaya can atırdı və Avropanı müharibə ilə hədələmirdi. 2014-cü ildə Kiyevdə ABŞ-ın təşkil etdiyi 5 milyard dollar dəyərində dövlət silahlı çevrilişi ilə hər şey dəyişdi. Vaşinqton öz maraqları və müttəfiqlərə ziyan vurmaq naminə Avropanın mərkəzində fəlakət və uzun müddətli hərbi gərginlik zonası, Donbasda on minlərlə ukraynalının ölümü və gələcəkdə NATO və Rusiya arasında irimiqyaslı silahlı münaqişəsi üçün ilkin şərtlər yaradıb.
Qlobal təhlükəsizliyin anlayış və parametrlərini əvəz edən ABŞ Dövlət Departamenti bu gün inadla Rusiyaya istənilən "güzəştləri" istisna edir. Ölkənin kontinental hissəsindən 8500 amerikalı hərbçisinin - xüsusi əməliyyat, habelə yerüstü, hava və dəniz qüvvələrinin Avropada operativ yerləşdirilməsinə hazırlaşırlar.
Şübhəsiz ki, Ukrayna təcrübəsi əfqan, iraqlı və suriyalılar kimi amerikalılar üçün də məğlubiyyətlə başa çatacaq. Hər bir belə kampaniya yalnız sabitliyin pozulmasını, kütləvi itkiləri, ABŞ-a qarşı yeni nifrət dalğalarını təmin edir və Şimali Atlantika Alyansını daxildən məhv edir. Vaşinqtonun aqressiv xarici siyasətinin dağıdıcı mahiyyəti, anti-sovet, anti-Rusiya və eyni zamanda anti-Çin hərbi blokunun mövcudluğunun mənasızlığı aydın olur.
Təsadüfi deyil ki, Fransa parlamentində növbəti dəfə ölkənin NATO-dan çıxması müzakirə olunur, Polşa Kiyevin tərəfində döyüşməkdən imtina edir, Almaniya isə Ukraynaya silah və hərbi mütəxəssislər deyil, sahə xəstəxanası və düşərgə krematorisi göndərir. Sonuncu Kiyev üçün son dərəcə mənfi perspektiv deməkdir.
İngiltərənin "The Week" nəşri qeyd edir: "Əgər Qərb Ukrayna demokratiyasının müdafiəsini təmin edə bilmirsə və ya etmək istəmirsə, deməli, əslində Ukrayna ona lazım deyil". Və yalnız Vaşinqton batmamaq üçün boğulan adam kimi "Ukrayna çubuğundan" bərk yapışır.
Moskvanın NATO-nun şərqə doğru genişlənməsinin dayandırılması və xarici qoşunların keçmiş Sovet respublikalarından və Şərqi Avropa ölkələrindən çıxarılması tələblərinə cavab olaraq Pentaqon bu yaxınlarda Əfqanıstandan təxliyə edilmiş 50 minə qədər ABŞ hərbçisini Şərqi Avropaya yerləşdirməyi planlaşdırır. Bu arada ABŞ-la NATO-nun təhlükəsizliklə bağlı danışıqlarında "sayğac işə düşüb", Rusiya vəziyyətə uyğun hərəkət etməyə, yəni Avropada təhlükəsizliyini başqa vasitə və üsullarla qorumağa hazırdır.

Müharibə xəbərçiləri

Bir sıra Qərbi Avropa liderlərinin və hətta Kiyev rəhbərliyinin fikrincə, Rusiyanın Ukraynaya hücumu ABŞ Dövlət Departamentinin mövqeyinə zidd olaraq real təhlükə deyil. Yəqin ki, bu paradoks yanvarın 26-da Parisdə keçiriləcək "Normandiya formatında" danışıqlarla bağlıdır. Eyni zamanda, yanvarın 24-də Kreml Ukrayna Silahlı Qüvvələrinin Donbasda yüksək hücum təhlükəsi olduğunu bəyan edib. Faktlar Avropada böyük müharibənin xəbərdarlarıdır.
Kreml ABŞ tərəfindən gərginliyin artmasından narahatdır. "Rusiya işğalının" qaçılmaz olması barədə dezinformasiya yayan Vaşinqton və London Kiyevə yüzlərlə ton öldürücü silah və sursat yerləşdiriblər, Donbasda tanklar, MLRS, millətçi batalyonlar peyda olublar. Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində çox yaxında "ölkənin ərazi bütövlüyünün bərpa olunacağını" bəyan edib. Qərb ölkələri öz vətəndaşlarına Ukrayna ərazisinə getməməyi tövsiyə edir, ABŞ Dövlət Departamenti yanvarın 23-də amerikalı diplomatlara və onların ailələrinə Kiyevi tərk etməyə icazə verib.
NATO-nun onlarla ölkəsinin Gürcüstana milyardlıq silah tədarükü? 2008-ci ilin avqustunda təcavüzkarın sülhə məcbur edilməsi Rusiya əməliyyatının nəticələrinə təsir etmədi. "NLAW" və "Javelin" tank əleyhinə idarə olunan raket qumbaraatanları, yüz milyonlarla dollar dəyərində olan "Stinger" hava hücumundan müdafiə sistemləri nə Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı hücumunun uğurunu, nə də 2022-ci ildə Ukraynanın ərazi bütövlüyünü təmin edəcək.
ABŞ-ın "Foreign Policy" nəşri qeyd edir: "Rusiya və Ukrayna arasında hərbi tarazlıq Moskvanın xeyrinə o qədər əyilib ki, Vaşinqtonun istənilən (hərbi-texniki) yardımı yersizdir və əgər başlayarsa, heç bir şəkildə münaqişənin nəticəsinə təsir etməyəcək".
Müqayisə üçün qeyd edək ki, bu il Belarus Respublikasının kompakt ordusu Rusiyadan təxminən 600 milyon dollar dəyərində olan "Mi-35" zərbə endirən helikopterləri, "Su-30SM" ağır qırıcılarının yeni partiyasını əldə edəcək. Ukrayna Silahlı Qüvvələri belə silahlanmağı xəyalına belə gətirmir.
Qərb ukraynalı döyüşçüləri ildırım sürəti ilə qələbə əməliyyatları üçün deyil, sonsuz mövqe döyüşlərinə və özünü məhv etməyə hazırlayır.
Planetin qonşularını "yaxşılara" və "tərk edilmişlərə" bölmək cəhdləri Vaşinqtona Yaxın Şərqdə çoxlu qan və külli miqdarda pul bahasına başa gəlib. Ukrayna ABŞ-ın geosiyasi təsiri üçün "tabutun qapağına" çevrilə bilər.

Güc nisbəti

Moskva yüz minlərlə Rusiya vətəndaşının yaşadığı Donbasdakı hərbi təxribatların nəticələri ilə bağlı Qərbə sərt xəbərdarlıq edib. Rusiya raket artilleriyası Kiyevdən təxminən 100 km aralıda Belarus Respublikası ərazisində yerləşdirilib. Ukrayna "mühasirəyə alınıb". "Rand Corp"un analitikləri Rusiya Silahlı Qüvvələrinin yüksək dəqiqlikli uzaqmənzilli döyüş sursatları ilə hava zərbələri endirmək, Ukrayna müdafiəsini uzaqdan qırmaq və Ukrayna ərazisində birbaşa müdaxilə olmadan istənilən əməliyyatı həyata keçirmək qabiliyyətini qeyd edirlər.
Şimal və Baltik donanmasının altı böyük desant gəmisi La Manşdan Aralıq dənizinə gedir, hər biri 10-dan çox tank və 340 dəniz piyadasını daşıya bilər. Rusiya Hərbi Dəniz Qüvvələrinin bütün məsuliyyət zonalarında - Aralıq, Şimal və Oxot dənizlərində, Sakit və Atlantik okeanlarında və Oman körfəzində (Çin və İran Hərbi Dəniz Qüvvələri ilə birlikdə) yanvar-fevral aylarında 10 minə yaxın hərbi qulluqçu, 140 gəmi, 60-dan uçuş aparatlarının iştirak ilə təlimlər keçiriləcək.
NATO ölkələri ilə silahlı münaqişə vəziyyətində olan Rusiya Silahlı Qüvvələri ABŞ-dakı qərar qəbuletmə mərkəzlərini Rusiya Federasiyasına əhəmiyyətli zərər vurmağa müvəffəq olmaqdan daha tez yer üzündən silə bilir. Pentaqon və Şimali Atlantika Alyansının digər ölkələrinin qoşunları ən yeni silahlar, dünyanın ən yaxşı sualtı qayıqları, qırıcıları, hipersəs raketləri, hava hücumundan müdafiə sistemləri olan yüz minlərlə rus hərbi mütəxəssisi ilə döyüşməyə texnoloji cəhətdən hazır deyillər, ancaq buna baxmayaraq onlar Kiyevi ehtiyatsızlıqla intihar müharibəsinə, zəmanətli məğlubiyyətə sövq edirlər.
Rusiyanın bundan sonrakı hərəkətlərini proqnozlaşdırmaq çətindir (zaman, texnologiya, coğrafiya, bu və ya digər vasitə və silahların istifadəsi). Bu gün bir şey aydındır: ABŞ və onun müttəfiqləri Rusiyanın mövqeyinin dəyişilməsinə və başqasının hesabına öz təhlükəsizliyini yenidən gücləndirməyə müvəffəq ola bilməyəcəklər. Aydındır ki, Kreml təhlükəsizlik məqsədlərinə çatmaq üçün istənilən vasitə ilə hərəkətə keçməyə hazırdır.
Rusiya XİN 1962-ci ildəki Karib böhranının təkrarlanacağını istisna etmir. Yenə də hadisələrdən qabağa getməməlisən, Rusiya müharibə marağında deyil. Fevral ayında Dövlət Duması Şurası "DXR" və "LXR" tanınması ilə bağlı Rusiyanın prezidentinə müraciətə baxacaq.
Stenford Universitetində beynəlxalq təhlükəsizlik mövzusunda keçirilən seminarda ABŞ Hərbi Dəniz Qüvvələrinin Elmi-Tədqiqat İnstitutunun aparıcı mütəxəssisi Maykl Kofman Ukrayna Silahlı Qüvvələrini sülhə məcbur etmək üçün Rusiya əməliyyatının ehtimalını və alqoritmlərini kifayət qədər inandırıcı şəkildə və həqiqətə uyğun olaraq proqnozlaşdırıb. Əsas nəticələr:
- Kiyev səfərbərlik tələsinə düşüb;
- Ukrayna Silahlı Qüvvələrinin irimiqyaslı manevr edə bilən döyüş əməliyyatları təcrübəsi minimaldır, Hərbi Dəniz Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin iştirakı ilə isə praktiki olaraq yoxdur;
- Rusiyanın yerüstü, hava və dəniz qüvvələrinin cəlb edilməsi ilə ehtimal olunan əməliyyatı Ukraynanın bütün ərazisinə təsir edəcək - işğal niyyəti olmadan, ancaq Kiyevdə rusiyapərəst hökumətin yaranması ilə;
- Ukrayna Silahlı Qüvvələrinin müdafiədə uğur qazanma şansları çox azdır, Ukrayna partizan hərəkatı perspektivsizdir.
"Tərəfdaşların" danışıqlar aparmaq qabiliyyətinin olmamasına baxmayaraq, Rusiyanın Ukrayna və Gürcüstanın NATO-ya üzvlük ehtimalını istisna etmək tələbi ağlabatan, sistemli və qanunidir. ABŞ-ın 2014-cü ildə Ukrayna ərazisinin hərbi mənimsənilməsinə diqqət yetirməklə Kiyev "Maydanı"na müdaxiləsi haqqında bunu demək olmaz. Bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib: "Ukrayna və Gürcüstan heç vaxt NATO-ya üzv olmayacaqlar. Bu, NATO-nun mövqeyində yaxşılığa doğru müsbət dəyişiklik ola bilərdi. Biz mənasız söhbətlərdən, yarımçıq vədlərdən və ya qapalı danışıqlarda baş verənlərin sərbəst şərhindən bezmişik. Artıq digər tərəfə etibar etmirik. Bizə dəmir örtüklü, suya davamlı, güllə keçirməyən qanuni qüvvəyə malik zəmanətlər lazımdır. Təminatlar, xəbərdarlıqlar yox, içərisində "borcludur" və "məcburdur" sözləri olan zəmanətlərdir. Bu sənəddə yalnız "bu ölkələr heç vaxt NATO-ya üzv olmayacaqlar" olmalıdır.
Rusiya qlobal təhlükəsizliyin prinsipcə yeni sisteminin formalaşması təşəbbüsü ilə çıxış edib və Qərb "tərəfdaşları" üçün "Ukrayna Dünkerk"indən qaçmaq hələ də gec deyil.