BAKI, 26 yanvar — Sputnik. TƏBİB-in keçmiş sədri Ramin Bayramlının Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin müşaviri təyin olunduğuna dair məlumatlar yayılıb.
DİM-dən məsələyə münasibət bildirilib.
"Yayılan məlumatlar həqiqətə uyğun deyil", - deyə qeyd olunub.
Qeyd edək ki, Ramin Bayramlı ötən il sentyabrın 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova həvalə olunub.
Xəbərdə Trend-in məlumatında istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.