SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun mətbuat konfransı

Son vaxtlar Azərbaycan-Rusiya münasibətləri aktiv şəkildə inkişaf edir, Rusiyanın böyük rol oynadığı Qarabağ münaqişəsinin həllindən sonra bu əlaqələr xüsusilə fəallaşıb.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Sputnik Azərbaycanın mətbuat mərkəzində ötən ilin Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri baxımından necə keçdiyi, 2022-ci ildə hansı məqamlarla yadda qalacağı barədə danışıb.

İkitərəfli münasibətlərin dinamikası

Mixail Boşarnikov öncə ilə yekun vuraraq Rusiya-Azərbaycan münasibətlərinin vəziyyətini qiymətləndirib:
- 2021-ci il əhəmiyyətli oldu, biz 2020-ci illə müqayisədə irəli addım atdıq. Münasibətlərin dinamikası lazımi səviyyədə idi. Prezidentlər digər səviyyələrdə də təmasların xarakterini müəyyən etdilər.
Bakı TV: Prezident İlham Əliyevin də yerli telekanallara müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan-Rusiya münasibətləri həmişə çox müsbət olub, lakin ötən il daha dinamik xarakter alıb, müxtəlif səviyyələrdə təmasların sayı daha çox olub. 2022-ci il üçün birgə planlar haqqında nə deyə bilərsiniz? Hansı görüşlər planlaşdırılır?
- Bizim siyasi, iqtisadi və humanitar əlaqələrlə bağlı planlarımız var. Biz həmçinin, diplomatik münasibətlərin 30 illiyini hər iki tərəfdə silsilə tədbirlərlə qeyd etməyi planlaşdırırıq.
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun mətbuat konfransı
Bu tarix ikitərəfli münasibətlərə əlavə dinamika verməyə imkan yaradır. Geniş tədbirlər planı var. Əminəm ki, ən yüksək səviyyədə görüşlər olacaq. Bu il bir sıra sahələrdə müqavilələrin bağlanması ilə əlamətdar olacaq. Koronavirusa rəğmən, regionda nizamlanma ilə bağlı bütün səviyyələrdə işlər davam etdiriləcək. Prinsipcə, 2022-ci il üçün planlar çox genişdir.
Moskva-Bakı: Bu il Rusiya Ermənistan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək. Siz ikitərəfli münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz, bu münasibtlə hansı tədbirlərin keçirilməsi planlaşdırılır, liderlərin görüşü, əməkdaşlığa dair yeni sənədlərin imzalanması, hər hansı yeni yol xəritəsinin qurulması mümkündürmü? Bu il əməkdaşlıqla bağlı hansı planlarınız var, hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?
- Tədbirlər planı var. Hamısını sadalamayacağam. Biz bu məsələ ilə yaxından məşğul oluruq. Ən yüksək səviyyədə görüşlər də planlaşdırılır. Bir sıra mühüm sazişlərin imzalanması gözlənilir. Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclası keçiriləcək. Bu iclas Azərbaycanda baş tutacaq.

Rusiya-Azərbaycan quru sərhədləri nə zaman açılacaq

CBC telekanalı: Rusiya və Azərbaycan ölkələrarası quru sərhədlərinin açılması məsələsini nəzərdən keçirirmi? Əgər belədirsə, bu nə vaxt baş verə bilər?
- Bildiyiniz kimi, sərhədlər operativ qərargahın qərarı ilə bağlanıb. Bu, mübahisə mövzusu deyil. Nə qəbul olunubsa, olunub. Sərhədlərin açılması epidemioloji vəziyyətdən asılıdır. Ancaq bu o demək deyil ki, insanlar arasında rabitə də kəsilib. Artıq Rusiyanın 9 aviaşirkəti Rusiyanın müxtəlif şəhərlərindən Bakıya 50-dən çox reys həyata keçirir.
Rusiyanın dörd aviaşirkəti Moskva, Sankt-Peterburq və Mahaçqaladan Gəncə, Lənkəran və Naxçıvana reyslər yerinə yetirməyə hazırlaşır. Rusiya Nəqliyyat Nazirliyi Azərbaycan tərəfindən icazə istəyib, bunun 90%-i təsıdiqlənib və təyyarələr artıq uçur.
İnsanlar arasında rabitənin, turist mübadiləsinin gerçəkləşdirilməsi üçün nəqliyyat əsası var. Turizm əlaqələrinin inkişaf etdirilməsi daim birgə hökumətlərarası komissiyanın gündəmindədir.
Çoxdankı bir layihəni də yada salmaq istəyirəm - Xəzərdə dəniz sərnişin turizminin açılması. Bu məsələ hələ də aktualdır, Rusiyada ilk kruiz laynerinin inşası başa çatmaq üzrədir. İndi Həştərxanda suda sınağı keçirilir. Adı "Böyük Pyotr"dur. Deyilənə görə, yüksək sinif kruiz turist gəmisidir. Çox ümid edirəm ki, bu il sınaqlar bitəcək və biz bu layihənin başladığını görəcəyik.

"3+3 platforması

Sputnik Azərbaycan: Rusiya "3+3" formatı çərçivəsində əsas nəyə diqqət yetirir?
- Moskva Cənubi Qafqazda "3+3" platforması çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. İnanırıq ki, "3+3" platforması etimad quruculuğu tədbirləri, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə apara bilər.
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun mətbuat konfransı
Əvvəldən bu formatda olan iştirakçılardan Gürcüstanın bu platformaya daxil olması çətin olsa belə, qapının bu ölkənin üzünə açıq olduğu bildirilib. Hesab edirəm ki, Gürcüstan bu formatın səmərəliliyini qiymətləndirərək, ona qoşulacaq. Növbəti görüş təyin olunub, hələ harada deyə bilmərəm, amma iş davam edəcək.
Bu format çox effektli oldu, ortaq dil tapıldı. Danışıqlar yaxşı, peşəkar şəkildə gedir.
Mixail Boçarnikov
Rusiyanın Azərbaycanda səfiri
Biz Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevin regionda vəziyyətin normallaşması, iqtisadi əlaqələrin bərpası ilə bağlı səsləndirdiyi fikirləri yüksək qiymətləndiririk. Bu bütün tərəflər üçün faydalı olacaq. Biz bu yanaşmanı tamamilə bölüşürük.

Ermənistan-Azərbaycan nümayəndələrinin humanitar təmasları

"Report: Azərbaycan və Ermənistan ictimai xadimlərinin İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu yaxınlarda Moskvada baş tutan ilk görüşünü necə qiymətləndirirsiniz? Belə görüşləri nə vaxt və neçə dəfə keçirməyi planlaşdırırsınız?
- Sual üçün təşəkkürlər. Bu çox maraqlı mövzudur. Bu görüşlər iki ölkə ictimaiyyəti arasında əlaqələrin qurulması baxımından əhəmiyyətlidir.
Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri səviyyəsində regionda əlaqələrin bərpası üzrə üçtərəfli işçi qrupunun fəaliyyəti özünü doğruldub.
Mixail Boçarnikov
Rusiyanın Azərbaycanda səfiri
Görüş ümumilikdə konstruktiv keçdi. 2022-ci ildə ünsiyyəti davam etdirmək barədə razılaşdıq. Əlaqələr qurulub. Baxmayaraq ki, proses asan deyil. Onu deyə bilərəm ki, görüşü bir qədər ehtiyatlı nikbinliklə qiymətləndirirəm.

Rusiyanın Qarabağda biznes missiyaları

Sputnik Azərbaycan: Rusiyanın hansı şirkətləri Qarabağın dirçəlişində iştirak etməyə hazır olduqlarını bəyan ediblər? Həmin investorlar hansı sahələrə maraq göstərirlər?
- Ötən il Rusiyanın iki biznes missiyası bu məsələni müzakirə etmək üçün Azərbaycana gəlib. Həmin tədbirdə 50-yə yaxın Rusiya şirkəti iştirak edib. İlk "qaranquş" KAMAZ oldu.
Rusiya şirkətləri işğaldan azad edilmiş Qarabağa sərmayə qoymaq üçün 14 ərizə təqdim edib. Rusiyanın bu regionda nəqliyyat və enerji layihələrində iştirakı ilə bağlı məsələlər müzakirə olunur.
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun mətbuat konfransı
Artıq fevral ayında biz Udmurtiya və Sankt-Peterburqdan işgüzar missiyaları qəbul edəcəyik. Ənənəvi olaraq Həştərxan və Dağıstan da maraq göstərir.

Enerji sahəsində əməkdaşlıq

"Trend": Ötən il LUKOIL Azərbaycanda iki mühüm satınalma həyata keçirib: Şahdənizdə payın artırılması və Abşeron yarımadasında dayaz suların işlənməsi layihəsində pay əldə olunması. LUKOIL-un Azərbaycandakı biznesinin genişləndirilməsi iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafına necə töhfə verəcək?
- Doğrudan da, LUKOIL Azərbaycan iqtisadiyyatına investisiya cəlb etmək üçün mühüm razılaşmalar imzalayıb. Şirkət əvvəlki kimi Azərbaycanın tərəfdaşı statusunu təsdiqləməkdə davam edir.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü bu qrupun işinə əlavə təkan verdi. Soçidən sonra işçi qrupunun Moskvada görüşü keçirilib. Və iş davam etdiriləcək.
Mixail Boçarnikov
Rusiyanın Azərbaycanda səfiri

Xəzər dənizində maraqlar

Sputnik Azərbaycan: Xəzərin su ehtiyatlarından səmərəli istifadə məsələlərində Rusiya və Azərbaycanın qarşılıqlı fəaliyyətini qiymətləndirərdiniz.
- Xəzərin su ehtiyatlarından birgə və səmərəli istifadədə qarşılıqlı marağımız var. Beştərəfli format da çox vacibdir. Bu günlərdə Rusiya Federasiyası Elmlər Akademiyasının nümayəndə heyəti Bakıya gəlib. Bir çox məsələlərlə yanaşı, Xəzər dənizinin təmizliyinin təmin edilməsinə də toxunulub.

AİB Azərbaycana nə verə bilər

"Novoye Vremya": Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) inteqrasiyası üçün hansı perspektivlər var?
- Qeyd etmək istərdim ki, istənilən halda bu və ya digər inteqrasiya birliyinə daxil olmaq qərarı Azərbaycanın suveren hüququdur.
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun mətbuat konfransı
Mən Azərbaycanla AİB arasında münasibətlərin inkişaf perspektivlərini dəyərləndirməyəcəyəm. Amma qeyd edim ki, inteqrasiyadan birlik ölkələri faydalanıb. AİB yarandıqdan sonra hər il ölkələr arasında ticarət dövriyyəsində artım müşahidə olunur. Bir sıra ölkələr AİB ilə müxtəlif formada qarşılıqlı münasibətlərə maraq göstərir. Bu strukturun yaradılması müasir iqtisadi şəraitdə özünü doğruldub.

Rusiya-NATO danışıqları

Utro.az: RF ilə NATO danışıqlarını necə qiymətləndirirsiniz?
- Rusiya ABŞ və NATO-ya təhlükəsizlik zəmanətləri üzrə öz təkliflərini təqdim edib.
"NATO yarandağı vaxtdan indiyə kimi 8 genişlənmə dalğası keçirib. Bax bizi narahat edən budur" – Mixail Boçarnikov
Hazırda məfhumların dəyişdirilməsi sezilir: söhbət Ukraynadan getmir. Söhbət dünyanın təhlükəsziliyindən, Rusiya sərhədlərində silahların yerləşdirilməsinin qəbuledilməz olmasından gedir.

Qazaxıstanın KTMT-yə müraciəti

Sputnik Azərbaycan: Cənab səfir, siz 12 ilə yaxın Rusiyanın Qazaxıstandakı diplomatik missiyasının rəhbəri vəzifəsində çalışmısınız. Bu ölkədə mövcud vəziyyəti necə qiymətləndirirsiniz, vəziyyətin sabitliyinin pozulmasına səbəb olan səbəblər hansılardır, qonşu dövlətlər Qazaxıstanın dinc həyata qayıtmasına necə kömək edə bilər?
- Mən Azərbaycana gələnə qədər həqiqətən Qazaxıstanda işləmişəm. Amma bunun üstündən 4 il keçib və mən bu mövzuda mütəxəssis deyiləm. Mən yalnız Qazaxıstan prezidentinin dəyərləndirmələri əsasında öz fikrimi deyə bilərəm.

"KTMT lazım olan vaxtda, lazım olan yerdə idi!"

Mixail Boçarnikov
Rusiyanın Azərbaycanda səfiri
Hesab edirəm ki, Tokayev kifayət qədər əsaslı şəkildə dəstək üçün KTMT-yə müraciət etdi. KTMT-nin operativ reaksiya verməsi vacib idi. Bu dəstək təşkilatın nizamnaməsi və Qazaxıstan prezidentinin dəvəti əsasında tamamilə qanuni idi. Və çoxsaylı proqnozların əksinə olaraq, vəziyyət dəyişəndə dərhal geri çəkildi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.