Mətbuat mərkəzi

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun mətbuat konfransı

İkitərəfli münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağı 2022-ci ildə hansı əlamətdar hadisələrin olacağı barədə Rusiya səfiri danışacaq.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. Azərbaycan-Rusiya münasibətləri son zamanlar fəal inkişaf edir. Xüsusilə bu münasibətlər Qarabağ münaqişəsinin Rusiyanın köməyi ilə həllindən sonra fəallaşıb.
2021-ci ilin payızında Azərbaycan Prezidenti İlham Əliyev "Milli Müdafiə" jurnalına müsahibəsində qeyd edib ki, hazırda ölkələr ikitərəfli münasibətlərin səviyyəsini daha da yüksək səviyyəyə qaldırmaq üçün çalışırlar.

"Biz münasibətlərimizin keyfiyyəti, forma və çoxşaxəliliyi baxımından yüksək mərhələyə qədəm qoysaq da, bu gün əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılması istiqamətində fəal işləyirik", - deyə dövlət başçısı qeyd edib.

Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinə ötən ilin necə təsir etdiyini və ikitərəfli münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağı 2022-ci ildə hansı əlamətdar hadisələrin olacağı barədə 26 yanvar saat 11:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.