Sputnik Azərbaycan-ın mətbuat mərkəzində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mixail Boçarnikovun geniş mətbuat konfransı keçirilib.
Mixail Boçarnikov jurnalistlərlə görüş zamanı 2021-ci ildə Rusiya-Azərbaycan əməkdaşlığının yekunları haqqında, ikitərəfli münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində keçiriləcək tədbirlər planlarından danışıb.
Rusiyanın Azərbaycandakı səfiri jurnalistlərin həm ikitərəfli qarşılıqlı əlaqə, həm də beynəlxalq gündəmin aktual mövzuları ilə bağlı ondan çox sualını cavablandırıb.
Söhbət Rusiya ilə Azərbaycan arasında gözlənilən siyasi, iqtisadi və humanitar təmaslardan, Rusiyanın ABŞ və NATO ilə danışıqlarından, qonşu Qazaxıstandakı vəziyyətdən, Azərbaycan və Avrasiya İqtisadi İttifaqın inteqrasiya perspektivlərindən gedib.
Mixail Boçarnikov ölkələrin "3+3" formatında gördüyü işlərə, Xəzər regionu dövlətlərinin müxtəlif məsələlər üzrə qarşılıqlı əlaqələrinə, o cümlədən Xəzər dənizinin su ehtiyatlarından səmərəli istifadə edilməsinə, Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə aparılan işlərə, eləcə də Rusiya ilə Azərbaycan arasında quru sərhədlərinin açılmasına toxunub.