CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyəti əlindən alındı

"Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə dıyişiklik ediləcək.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. Azərbaycanda İslam dininə aid ibadət yerlərinə, ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə, eləcə də ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.
Qeyd edək ki, qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.