BAKI, 26 yanvar — Sputnik. Ötən ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci illə müqayisədə 78,7% artaraq 1 milyon 787 min olub. Bu barədə Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gecələmələrin 48,7%-i Bakıda, 7,9%-i Qəbələdə, 6,7%-i Xaçmazda, 5,9%-i Qubada, 5,8%-i Şabranda, 4,2%-i Lənkəranda, 3,9%-i Qusarda, 2,7%-i Naftalanda, 2,2%-i Naxçıvan Muxtar Respublikasında, 1,6%-i Şamaxıda, 1,5%-i Qaxda, 1,1%-i Masallıda, 1%-i Mingəçevirdə və 6,8%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 2,4 dəfə artaraq 1 milyon 372,8 min olub ki, bu da ümumi gecələmələrin 76,8%-ni təşkil edir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 0,6% azalaraq 414,2 min olub ki, bu da ümumi gecələmələrin 23,2%-ni təşkil edir. Gecələmələrin 15,5%-i Türkiyə, 11%-i Rusiya Federasiyası, 9,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 8,1%-i Böyük Britaniya, 3,8%-i İsrail, 3,5%-i Səudiyyə Ərəbistanı, 2,8%-i ABŞ, 2,8%-i İtaliya, 2,7%-i Almaniya, 2%-i Qətər, 1,9%-i Hindistan, 1,5%-i Ukrayna, 1,4%-i Niderland, 1,2%-i Qazaxıstan, 1,2%-i İran, 1,1%-i Belarus, 1,1%-i Küveyt, 1%-i Gürcüstan, 1%-i Fransa, 26,6%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1%-i Bakıda, 6,6%-i Qəbələdə, 3%-i Qusarda, 2,6%-i Qubada, 1,9%-i Naftalanda, 1,7%-i Naxçıvan Muxtar Respublikasında, 1,6%-i Şabranda, 1,5%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
2021-ci ildə mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1% artaraq 209,2 milyon manat olub ki, onun da 59,7%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9%-i ictimai iaşə xidmətlərindən, 2,5%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2021-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2% səviyyəsində olmuşdur (2020-ci ildə 6,5%). Bu göstərici Şabranda 82,2%, Beyləqanda 25,5%, Qubada 22,2%, Naftalanda 21%, Lənkəranda 19,1%, Qəbələdə 16,2%, Bakıda 14,2%, Ağcabədidə 14%, Bərdədə 13%, Göyçayda 12,9%, Cəlilabadda 12,7%, Sabirabadda 12%, Şəmkirdə 11,7%, Şamaxıda 11,2%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.