HƏRBİ

Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşdü

İki günlük səfər zamanı Həsənov İran rəsmiləri ilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edəcək.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov İran İslam Respublikasının Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb.
Görüş zamanı ikitərəfli əlaqələrin inkişafı və regional məsələlər müzakirə edilib.
Qeyd edək ki, iki günlük səfər zamanı Həsənov İran rəsmiləri ilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edəcək.
***
Yanvarın 25-dən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə həyata keçirilir.
Z.Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.
Xatırladaq ki, Zakir Həsənov bundan əvvəl 2017-ci ildə İranın o zamankı Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə Tehrana getmişdi
Səfər zamanı İranın hərbi-siyasi rəhbərliyi bir sıra görüşlər keçirilmişdi. Həmin görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq, regional təhlükəsizlik məsələləri müzakirə edilmişdi.