BAKI, 25 yanvar — Sputnik. Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib. Sputnik Azərbaycan Federasiyanın Mətbuat Xidmətinə istinadla xəbər verir ki, I dövrədə keçiriləcək matçlar yanvarın 26-27-də və 29-da təşkil olunacaq.
Yanvarın 26-da ikinci turda "Express" "Sərhədçi"ni sınağa çəkəcək. Qarşılaşma saat 18:00-da başlayacaq. Ertəsi gün saat 16:00-da MOİK "Murov"la üz-üzə gələcək.
Yanvarın 29-da isə III turun "Neftçi" - "Express" oyunu olacaq. Qarşılaşmanın start fiti saat 15:00-da veriləcək.
Görüşlər "Murov" Voleybol Klubunun idman zalında baş tutacaq. Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.