AZƏRBAYCAN XƏBƏRLƏRİ

Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırıldı - SƏBƏB

Hazırda mərkəzdə profilaktik tədbirlər görülür və dezinfeksiya işləri aparılır. Qeyd olunan tarixdən sonra yenidən qəbula başlanacaq.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Koronavirusa yoluxma səbəbindən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı APA-ya açıqlama verən Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, Respublika Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin həm stasionar, həm ambulator qaydada tibbi-sosial reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir.
Son günlərdə 50 çarpayılıq müəssisədə xidmətlər alan əlilliyi olan şəxslərin bir neçəsində "COVİD-19" virusu aşkarlandığına görə virusun yayılmaması üçün müəssisəyə qəbul 31.01.2022-ci ilədək müvəqqəti dayandırılıb.
Hazırda mərkəzdə profilaktik tədbirlər görülür və dezinfeksiya işləri aparılır. Qeyd olunan tarixdən sonra yenidən qəbula başlanacaq.