HƏRBİ

Müdafiə Nazirliyi Kəlbəcər və Laçındakı son vəziyyəti açıqladı

Azərbaycan Ordusunun Mühəndis Qoşunları Kəlbəcər və Laçında tutulan yolları qar örtüyündən təmizləyir.
Sputnik
BAKI, 25 yanvar - Sputnik. Azərbaycan Ordusunun Mühəndis Qoşunları dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, o cümlədən mürəkkəb iqlim şəraitində döyüş növbətçiliyi çəkən bölmələrin fasiləsiz təminatının həyata keçirilməsi üçün nəzərdə tutulan yolları qar örtüyündən təmizləyir.
Bu barədə Müdafiə Nazirliyinin Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların təminatı ilə bağlı yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, hər iki rayonda dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, o cümlədən mürəkkəb iqlim şəraitində döyüş növbətçiliyi çəkən bölmələrin fasiləsiz təminatının həyata keçirilməsi üçün nəzərdə tutulan yolların qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə qalması məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları tərəfindən fəaliyyətlər davam etdirilir.