DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mərkəzi Asiyanın üç ölkəsində işıqlar birdən söndü, metro dayandı

Nəticə olaraq Qazaxıstanın cənubunda, Qırğızıstanda və Özbəkistanda elektrik kəsilib. Daşkənd metrosunun işində fasilə yaranıb.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. Mərkəzi Asiyanın bütün enerji sistemində qoruyucu şəbəkənin avtomatik şəkildə işə düşməsi səbəbindən elektrik təchizatının sistemli sönməsi baş verib.
Bu barədə Sputnik Qırğızıstan məlumat verir.
Məlumata əsasən, sistemin normala dönməsi bir saat ərzində baş verə bilər.
Qazaxıstanın elektrik şəbəkələrinin idarə edilməsi üzrə KEGOC operatoru isə məlumat yayıb ki, qəza Qazaxıstandakı tranzit xəttinin yüklənməsi ucbatından baş verib.
Nəticə olaraq Qazaxıstanın cənubunda, Qırğızıstanda və Özbəkistanda elektrik kəsilib. Daşkənd metrosunun işində fasilə yaranıb.
Məlumata görə, elektrik verilməsindəki məhdudiyyətin həcmi 1500 meqavatt təşkil edir.