MƏDƏNİYYƏT

Azərbaycanın Avroviziyada çıxış edəcəyi tarix məlum olub - VİDEO

Bu il Azərbaycanı "Eurovision-2022" beynəlxalq mahnı müsabiqəsində müğənni Aysel Məmmədova təmsil edəcək.
Sputnik
BAKI, 25 yanvar — Sputnik.Bu il Avroviziya müsabiqəsinin yarımfinal və final mərhələsinin vaxtları açıqlanıb. Sputnik Azərbaycan-ın yarışmanın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan ikinci yarımfinal mərhələsində,12 may tarixində çıxış edəcək. Qeyd edək ki, Avroviziya 2022 müsabiqəsi bu il İtaliyanın Turin şəhərində baş tutacaq.
Onu da bildirək ki, bu il Azərbaycanı "Eurovision-2022" beynəlxalq mahnı müsabiqəsində müğənni Aysel Məmmədova təmsil edəcək.
Məmmədova 2018-ci ildə bu layihədə "X my heart" mahnısı ilə çıxış edib. Yaxşı vokal bacarığına baxmayaraq, finala vəsiqə qazana bilməyib. Aysel bu dəfə müsabiqədə layiqli yer tuta biləcəyinə əmindir.
Müğənni Azərbaycanı Eurovision-2022-də təmsil etməyə hazırdır, lakin bir şərtlə ki, müsabiqə mahnısının müəllifi özü olsun. Onun sözlərinə görə, yalnız bu halda, müsabiqənin qalibi olmaq şansı olacaq.
Aysel Məmmədova 1989-cu ildə Bakıda anadan olub. O, uzun illərdir ki, öz mahnılarını yazır və kifayət qədər uğur qazanıb. Bu yaxınlarda hitə çevrilən "O mənə söz verib" mahnısını təqdim edib. Bəstənin klipinin çəkilişləri Kiyevdə aparılıb.
Aysel Məmmədova beynəlxalq caz və musiqi festivallarının iştirakçısıdır. Müğənni rusiyalı ulduzlarla birlikdə Bakıda keçirilən "JARA" festivalında da iştirak edib. Eurovision-2018-dən sonra o, səkkizinci yeri tutduğu Yeni Dalğa müsabiqəsində iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Müğənni Aysel Məmmədova "Eurovision-2022"də çıxış edə bilər, ancaq bir şərti var - VİDEO
Avroviziyada finala çıxa bilməyən müğənni öz dilimizdə oxumağa keçdi - VİDEO
Gələn il "Eurovision" bu şəhərdə keçiriləcək