AZƏRBAYCAN XƏBƏRLƏRİ

Uçuşlar ilə bağlı qayda dəyişdi: COVID-ə görə test verməyəcəklər

İndiyə qədər təyyarə ekipajından COVID-19 xəstəsilə sıx təmasda olan əməkdaşlardan test götürülməsi məcburi idi.
Sputnik
BAKI, 24 yanvar - Sputnik. Bu gündən Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşlar və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ına dəyişikliyi qüvvəyə minib.
Sputnik Azərbaycan bildirir ki, dəyişikliyə görə, təyyarə ekipajında işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlar evdə izolyasiya olunmalıdırlar.
Qeyd edək ki, indiyə qədər işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə təcrid olunmalı idilər.
Nazirlər Kabinetindən uçuşlar ilə bağlı dəyişikliyə verilən izahda bildirilib ki, xəstəlik əlaməti müşahidə edilən işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.