QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İldə bir dəfə Şuşanı görmək - şanslılar bu gün gedirlər

Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar. Çünki getdikləri gün geriyə dönəcəklər.
Sputnik
BAKI, 24 yanvar - Sputnik. Bu gün, yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları açılır. Sputnik Azərbaycan-ın məlumatına görə, nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir.
Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışı onlayn qaydada həyata keçirilir.
Hələ ötən il işğaldan azad edilən şəhər və rayonlarımıza marşrutların təşkilinə dair pasportlar hazırlanıb. Bu, 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlər hesabatda öz əksini tapıb.
Hesabata görə, işğal altından azad olunan Cocuq Mərcanlıya 2020-ci ilin yanvar ayında ilk marşrut xəttinin açılışı təmin edilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı yaradılan yolumuzqarabaga.az saytı yanvarın 21-də aktivləşdirilib. 18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı "Yolumuz Qarabağa" portalında qeydiyyatdan keçərək, təyin olunmuş istiqamətlər üzrə bilet ala bilər.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sərnişin marşrut avtobuslarının hərəkəti polislər tərəfindən müşayiət ediləcək. ANAMA tərəfindən sürücülərə təlimlər keçirilib. Sərnişinlər üçün avtobuslarda video təlimat nümayiş olunacaq.
Avtobuslar konkret marşrut üzrə hərəkət edəcəklər. Məlumat bazasında hər bir sərnişinin bu ərazilərə daxil olmaları üçün xüsusi icazəsi, həmçinin COVID-19 əleyhinə peyvənd olunmaları barədə də məlumatlar avtomatik şəkildə əks olunacaq.
Şuşa və Ağdama gedəcək avtobusların qiymətləri: Bakı-Şuşa və Şuşa-Bakı - 10.4 AZN, Bakı-Ağdam və Ağdam-Bakı – 9.4 AZN, Füzuli hava limanı - Şuşa və Şuşa - Füzuli hava limanı – 6 AZN, Əhmədbəyli-Şuşa və Şuşa-Əhmədbəyli – 7 AZN, Bərdə-Ağdam və Ağdam-Bərdə - 7 AZN.
Qeyd: Qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar. Çünki getdikləri gün geriyə dönəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Azad edilmiş ərazilərə avtobus reysləri açılır
* Şuşa istiqamətində yerlər azalıb, Ağdama isə son iki yer