SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanlı deputat AŞPA-da vitse-prezident seçildi

Azərbaycan təmsilçisi bir neçə dəfə Avropa Şurası Parlament Assambleyasında vitse-prezident və Büro üzvü olub.
Sputnik
BAKI, 24 yanvar - Sputnik. Azərbaycanlı deputat AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti seçilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə deputat Səməd Seyidov özünün twitter hesabında məlumat verib.
Qeyd edək ki, Səməd Seyidov bir neçə dəfə - 2003-2005, 2007-2009, 2011-2013 - Avropa Şurası Parlament Assambleyasında vitse-prezident və Büro üzvü olub. 2018-ci ildən Avropa Şurası Parlament Assambleyasının vitse-prezidentidir.
Bildirək ki, bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri də seçilib. Bu, niderlandlı senator Tini Koksdur. Səsvermə zamanı 164 deputat T.Koksu dəstəkləyib.
Onun rəqibi, Ukrayna Ali Radasının deputatı Mariya Mezentseva 80 səs toplayıb.