FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Rituallar, fəlakətlər, bayramlar - ötən həftənin ən parlaq fotoşəkilləri

Sputnik Azərbaycan ötən həftə dünyanın müxtəlif guşələrindən fotoqrafların çəkdiyi maraqlı şəkilləri təqdim edir.
Sputnik
Yer planeti yola saldığımız həftə rəngli səhnələrə ev sahibliyi edib. Müxtəlif rituallar, nümayişlər, aksiyalar, festivallar, təbii fəlakətlər biri digərinin əvəzləyib. Bu sevincli və kədərli səhnələr dünyanın müxtəlif ölkələrindən olan fotoqrafların diqqətindən yayınmayıb.
Sputnik Azərbaycan onların ötən həftə çəkdikləri ən maraqlı fotoları təqdim edir.
1 / 22

Kemerova şəhərində "morjlar" klubunun iştirakçıları ip üzərindən tullanırlar.

2 / 22

İspaniyada keçirilən "Las Luminarias" alovlu festivalında at tonqalın üstündən tullanır.

3 / 22

Şintoizmin ardıcılları Tokioda yeni il ritualı zamanı ruhlarını və bədənlərini təmizləmək üçün soyuq su vannası qəbul edirlər.

4 / 22

Londonda "Kill the Bill" şüarı altında keçirilən nümayiş iştirakçıları.

5 / 22

Sakit okean ölkəsində sunamiyə səbəb olan Tonqa sualtı vulkanın püskürməsi.

6 / 22

ABŞ prezidenti Co Bayden Filadelfiyada aclığa düçar qalan insanlara yardım edən təşkilatın qutusuna bir paket yerkökü qoyur.

7 / 22

Artistlər Hindistanın Yeni Dehli şəhərində keçiriləcək Respublika Günü paradın məşqlərində iştirak edirlər.

8 / 22

Qəzzədə leysan daşqınları zamanı bələdiyyə işçisi məktəblini küçənin o biri tərəfinə keçməsinə kömək edir.

9 / 22

KİV Avstraliyanın Melburn şəhərində serb tennisçi Novak Cokoviçin hüquq komandasının ofisinin qarşısındakı avtomobil dayanacağından polisin müşayiəti ilə çıxan naməlum şəxsin fotoşəkilini çəkirlər.

10 / 22

"Union Pacific" lokomotivi Kaliforniyanın Los-Anceles şəhərində yerləşən yük daşıma konteynerlərindən oğurlanmış minlərlə açıq qutu və bağlamalarla dolu Union Pacific dəmiryol hissəsindən hərəkət edir.

11 / 22

Koronavirus pandemiyasının başlanmasından bəri İspaniyanın Sevilya şəhərində keçirilən ilk "We Love Flamenko" moda nümayişi.

12 / 22

Ənənəvi hanbok geyimində olan ziyarətçilər Cənubi Koreyanın Seul şəhərində güclü yağan qardan sonra Kenbokkun sarayının ərazisini gəzirlər.

13 / 22

Sadiqur sülaləsindən olan ultraortodoksal yəhudilər İsrailin Bney Brak şəhərində yəhudilərin Tu bi-Şvat və ya "ağacların Yeni ili" bayramını qeyd edirlər.

14 / 22

Miss Rodeo Kaliforniya Kraliçası Ceki Skarri Kolorado ştatının Stimbout Sprinqs şəhərindəki Stimbot xizək kurortunda 47-ci illik kovboy enişi zamanı slalom istiqamətində yerə yıxılıb.

15 / 22

ABŞ-ın Los-Anceles şəhərindəki İncəsənət Muzeyində "Urban Light" instalyasiyasını ziyarət edən cütlüyün çox səmimi fotoşəkili.

16 / 22

Qadın Qüdsün şərqindəki Şeyx Carra rayonunda Qüds Bələdiyyəsi tərəfindən darmadağın edilmiş fələstinli evinə baxır.

17 / 22

Efiopiya pravoslavları Efiopiyanın Qondar şəhərində Timkat bayramını qeyd edərkən bir-birilərinə su səpirlər.

18 / 22

Model Meksikanın Qvadalaxara şəhərində keçirilən "İntermoda" sərgisində dizayner Karlos Pinedanın "Remembranzas y Colores" kolleksiyasını təqdim edir.

19 / 22

"Dəhşət Sirki"nin 25 illiyi şərəfinə keçirilən tur çərçivəsində şou.

20 / 22

Şri-Lankada fil sürüsü.

21 / 22

Bu yaxınlarda Kalininqrad vilayətində, Baltik dənizində fırtına baş verib. Güclü külək səbəbindən dalğalar dənizin dibindən kəkrəbaları suyun üzünə qaldırıb. İnsanlar dənizdən qiymətli daşları çıxarmaq üçün xüsusi torlardan istifadə edirlər.

22 / 22

Moskvadakı "Strogino" parkında vəftiz üzgüçülüyünün iştirakçıları.