BAKI, 23 yanvar - Sputnik. Koronavirusun "omikron" ştammı" ilə Avropada pandemiyanın sonu gələ bilər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ÜST-ün Avropa bürosunun direktoru Hans Klüge deyib.
"Çox mümkündür ki, regionda pandemiyanın sonu yaxınlaşır", - ÜST rəsmisi deyib.
"Omikron" kimi də tanınan B.1.1.529 ştammı 2021-ci il noyabrın sonunda Botsvanada və Cənubi Afrikada aşkar edilib. Onun yoluxduruculuq qabiliyyəti delta ştammındakı kimi çox yüksəkdir.
"Omikron" 100-dən çox ölkədə, o cümlədən Rusiyada və Azərbaycanda da müəyyən edilib.
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 1697 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib.
Pandemiyanın əvvəlindən indiyədək ölkəmizdə ümumilikdə 633 731 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 612 292-si müalicə olunaraq sağalıb, 8 610-u vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.