VİDEO

Hisslərini ifadə edə bilən robot: Rusiyada onun yeni versiyası təqdim olunub

Rusiyanın Perm şəhərində fəaliyyət göstərən “Promobot” şirkəti insanabənzər Robo-C-2 robotunun geniş spektrli emosiyaları ifadə edə bilən yeni modelini təqdim edib.
Sputnik
Rusiyanın Perm şəhərində fəaliyyət göstərən “Promobot” şirkəti insanabənzər Robo-C-2 robotunun geniş spektrli emosiyaları ifadə edə bilən yeni modelini təqdim edib.
Təşkilatın inkişaf üzrə direktoru Oleq Kivokurtsev müsahibəsində bildirib ki, mühəndislər Robo-C robotunun ilk versiyasını hələ 2021-ci ilin avqustunda təqdim ediblər:
“Yeni modelin fərqləndirici xüsusiyyətlərindən biri onun dərisinin elastikliyinin artırılmasıdır ki, bu da robotun sifət ifadələrini daha canlı edir. Robotun simasında insan əzələlərinin işini təqlid edən 30-dan çox servomühərrik var. Bundan əlavə, yeni robot hərəkət edən qollarla təchiz edilib. Əmrlərin onlara ötürülməsi prosesi xüsusi alqoritmlərdən istifadə edərək mühəndis tərəfindən həyata keçirilir”.
Hazırda robotun müəllifləri droidin yazı yazmasına və rəsm çəkməsinə imkan verəcək sistem üzərində işləyirlər. Mühəndislər yaxın vaxtlarda robotu ayağa qaldıraraq yeritməyi də planlaşdırırlar:
"Robotumuzun yeriməyə başlayacağı gün uzaqda deyil. Bunun üçün artıq servomühərriklər var və onun üz ifadələrinin əsl insan mimikasına tamamilə bənzəyəcəyi an uzaqda deyil", - deyə Kivokurtsev əlavə edib.