AZƏRBAYCAN XƏBƏRLƏRİ

Həftənin ilk iş günü hava necə olacaq?

Sinoptiklər bazar ertəsi üçün yağmursuz hava söz verirlər. Bəzi yerlərdə 12 dərəcəyədək şaxta olacaq.
Sputnik
BAKI, 23 yanvar — Sputnik. Azərbaycan ərazisində sabah, yanvarın 24-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən daxil olan məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5°, gündüz 8-10°, Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.