DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çində yenə COVID həyəcanı: poçt ilə bağlı sərt qaydalar gəlir

Yanvarın 19-da Çində COVID-19 infeksiyasına yoluxma yenidən artıb.
Sputnik
BAKI, 23 yanvar - Sputnik. Çində koronavirusa yoluxmada yeni alovlanmaya səbəb olan mənbə açıqlanıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, rəsmilər poçt bağlamalarının COVID-19 infeksiyasına yoluxmalara səbəb olduğunu ehtimal edirlər.
Çinin cənubundakı Quandun vilayətinin mərkəzi Quançjounun Gigiyena və Səhiyyə Komitəsinin məlumatına görə, hökumət sakinləri yüksək COVID-19 yoluxmaları olan ölkələrdən, eləcə də Çinin xəstəliyin çox yayıldığı digər əyalətlərindən gələn poçt bağlamalarını almaqdan çəkindirib.
Alınan bağlamalarla isə ehtiyatla davranmaq, qablaşdırmasını cırmamaq, mütləq maskadan istifadə etmək tövsiyə edilir.
Yanvarın 25-dən Çində paytaxta və yaxınlığındakı Qış Olimpiadasının keçiriləcəyi Çjanzyakou şəhərinə göndəriləcək poçt bağlamalarını yoxlama qaydaları sərtləşdiriləcək. Bu tədbirlər Pekində Paralimpiya Oyunlarının bitəcəyi günə - martın 13-dək qüvvədə olacaq. COVID-19-a görə təhlükəsizlik baxışından keçməyən bütün bağlamaları onları göndərən şəxslərə geri qaytaracaqlar.
Yanvarın 19-da Çində COVID-19 infeksiyasına yoluxma yenidən artıb - sutka ərzində 100-dən çox adamda virus aşkarlanıb.
Xatırladaq ki, 2019-cu il yanvarın 31-də Çin Uhan şəhərində bilinməyən virusun (SARS-CoV-2) yayılması ilə əlaqədar ÜST-ə müraciət etmişdi. 2020-ci ilin martında isə ÜST COVID-19 epidemiyasını artıq pandemiya elan etmişdi.