SƏHİYYƏ

Araqla omikron ştammından qorunmaq olur?

Kolesnikov təklif etdiyi üsulla koronavirusun omikron ştammından qorunmağın mümkünlüyünü bildirib.
Sputnik
BAKI, 23 yanvar - Sputnik. Tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının üzvü Sergey Kolesnikov rusiyalılara koronavirusdan araqla qorunmağı tövsiyə etdiyinə görə tənqid atəşinə tutulub.
Sputnik Azərbaycan Rusiya mediasında isitnadən bildirir ki, həkim iddiasını təsdiqləmək məcburiyyətində qalıb.
Onun sözlərinə görə, araqla inhalyasiya etməklə virus təhlükəsini azaltmaq olar.
"Əgər maskanın üzərinə azca araq töksəniz, sonra da maskanı taxıb belə nəfəs alsanız, əlbəttə, koronavirusdan qorumasa da, yoluxma riskini azaldacaq", - həkim deyib.
Kolesnikov bu üsulla koronavirusun omikron ştammından qorunmağı tövsiyə edib.
Bu məsləhəti Kolesnikovun digər akademik yoldaşları məqbul saymayıblar. Hətta onlardan biri, t.e.d. Gennadi Onişşenko araqla inhalyasiyanı "axmaq zarafat" adlandırıb.
"Omikron" kimi də tanınan B.1.1.529 ştammı 2021-ci il noyabrın sonunda Botsvanada və Cənubi Afrikada aşkar edilib. Ekspertlər hesab edirlər ki, artıq xəstələnmiş və peyvənd edilmiş şəxslər də omikron ştammına yoluxa bilərlər, simptomlar isə yorğunluqdan tutmuş baş və bədən ağrılarına qədər dəyişir.
"Omikron" 100-dən çox ölkədə, o cümlədən Rusiyada da müəyyən edilib. Rospotrebnadzorun rəhbəri Anna Popova bu yaxınlarda qeyd edib ki, yeni ştammın yoluxuculuğu əvvəlkilərlə müqayisədə 3-7 dəfə yüksəkdir. İnkubasiya müddəti iki-beş günə endirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.