CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Valideynsiz uşaqlara görə müavinət artdı

Valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.
Sputnik
BAKI, 22 yanvar — Sputnik. Valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət artırılıb. 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılıb.
Belə ki, həmin məbləğ övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.
Qeyd edək ki, son bir ildə Azərbaycanda 114 uşaq övladlığa verilib.