RUSİYA

Putinlə Paşinyan sərhədlərinin demarkasiyası üzrə razılaşmaları müzakirə ediblər

Paşinyanın xahişi ilə Putin onu ABŞ-la təhlükəsizlik zəmanətlərinə dair aparılan danışıqlar barədə də məlumatlandırıb.
Sputnik
BAKI, 22 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, tərəflər bir sıra məsələləri o cümlədən Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası üzrə razılaşmaları müzakirə edib.
Kremlin yaydığı məlumatda bildirilir ki, telefon danışığı Nikol Paşinyanın təşəbbüsü ilə baş tutub.
Bildirilib ki, tərəflər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti üzrə ölkələr arasında gələcək əməkdaşlığı müzakirə edib.
Bundan əlavə, Paşinyanın xahişi ilə Putin onu ABŞ-la təhlükəsizlik zəmanətlərinə dair aparılan danışıqlar barədə də məlumatlandırıb.