BAKI, 22 yanvar - Sputnik. Amerikalı Çaki Rayt qazla işləyən, paraşütə bərkidilmiş propellerlə 5300 m hündürlüyə qalxa bilib.
Propellerlə uçuşu təsdiqləyən videonu Rayt Youtube kanalında yerləşdirib.
Bu hündürlüyə qalxmaq üçün Rayta 2 saat vaxt gərək olub. Uçuş isti havada gerçəkləşdirilsə də, kişi isti geyimdə olub, buna rəğmən qalxdığı yüksəklikdə temperatur -10o C olduğundan donduğunu hiss edib.
Hava isə çox seyrək olduğundan nəfəs almasında çətinlik yaranıb. Rayt deyir ki, əgər bir az da keçsəymiş, dağ xəstəliyi başlayarmış.
"Həyatımda baş verən ən möhtəşəm hadisəydi. Bunu etdiyim üçün xoşbəxtəm", - bloger etiraf edib.
Videonu izləyənlər Raytı Astrid Lindqrenin əsərinin qəhrəmanı Karlsona bənzədib, mənzərəyə heyran olduqlarını bildiriblər.