ELM

Ceff Bezos ilginc addım atdı: Uzun və sağlam yaşamaq istəyənlərə ölümsüzlük laboratoriyası

Belə bir laboratoriyanın yaradılmasında məqsəd insanların uzun illər xəstəliksiz, sağlam yaşamaqlarını təmin etməkdir.
Sputnik
BAKI, 22 yanvar — Sputnik. "Amazon" şikətinin rəhbəri Ceff Bezos (Jeff Bezos) sonsuz, uzunömürlü bir həyat üçün dünyanın ən savadlı elm adamları ilə çalışmağa başlayıb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadla xəbər verir ki, Ceff Bezos sahibi olduğu sonsuz yaşam naminə "Altos Labs" adlanan laboratoriyasında çalışmaq üçün dünyanın ən məşhur elm adamlarını dəvət edib.
Belə bir laboratoriyanın yaradılmasında məqsəd insanların uzun illər xəstəliksiz, sağlam yaşamaqlarını təmin etməkdir. Artıq Ceff Bezos 59 yaşlı alim Hal Barronla da razılığa gəlib.
Barron laboratoriyanın yeni rəhbəri kimi bu işlərdə əsas söz sahibi olacaq. O, avqustdan etibarən rəsmi surətdə fəaliyyətinə başlayacaq. Bunun qarşılığında milyardlarla vəsait alacaq.
Burada çalışacaq alimlər xərçəng, eləcə də altsheymer kimi yaşa bağlı olan xəstəlikləri aradan qaldıracaqlarına inanırlar.
Qeyd edək ki, laboratoriyada çalışacaq elm adamları arasında Nobel mükafatı qazananlar da var.