CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu rəngi makiyaja qaytarın, yoxsa "zövqsüz" deyərlər - VİDEO

Stilist Anar 2022-ci ildə hansı make-up və hansı rənglərin dəbdə olacağı barədə danışıb. Daha ətraflı Sputnik Azərbaycan-ın videosunda izləyə bilərsiniz.
Sputnik
Azərbaycanın tanınmış stilisti Anar Ağakişiyev uşaqlıqdan rəsm dərnəyində rəssamlığın sirlərini öyrənməyə başlayıb. 1999-cu ildən saç ustası kimi fəaliyyətə başlayıb. Bu illər ərzində make-up sənətinə də yiyələnib. Başqa ölkələrdə xüsusi dərslər alıb. Azərbaycanda bir çox məşhurların imici üzərində çalışıb.
Eləcə də Nikol Şrezinger, İrina Şeyk, Alsu kimi ulduzların stilisti olub. Bir çox müsabiqələrin qalibidir.
Anar Ağakişiyev Sputnik Azərbaycan-a müsahibəsində qadınlara dəyərli məsləhətlər verib. O bildirib ki, əgər gərək yoxdursa, makiyajdan çox istifadə etmək lazım deyil: "Dekorativ kosmetika müəyyən yağlardan hazırlanır və bu yağların dəriyə ziyanı ola bilər. Mütəmadi makiyaj etməyi qadınlara məsləhət görmürəm. Dərilərinin gözəl olmağını istəyirlərsə, o zaman bol maye qəbul etsinlər”.