VİDEO

Beş yaşlı qız ayaqları ilə Rubik Kubunu üç dəqiqəyə yığa bilir

Tbilisidən olan beş yaşlı qız ayaqları ilə Rubik Kubunu üç dəqiqəyə yığmağı bacarır. Gənc rekordçu bu nəticəni altı aya əldə edib. Ətraflı videomuzda.
Sputnik
Əvvəlcə Anna Marçilaşvilli Rubik Kubunu əlləri ilə yığıb, sonra isə ayaqları ilə bunu sınayıb və ailəsini təəccübləndirib.
Qızcığaz Rubik Kubunun yığılması üzrə Gürcüstan çempionudur. KİV-in məlumatına görə, o, həmçinin birnəfəsə suyun altında maksimum sayda standart kubların toplanması üzrə də “Ginnes” rekordçusudur.
2021-ci ildə Anna “Georgia's Got Talent” televiziya şousunda iştirak edib və burada o, verilən sualları 2 dəqiqə 57 saniyə ərzində cavablandıraraq rekord qırıb.