HADİSƏ

Mingəçevir sakini inzibati binanı daşladı - FOTO

Mingəçevir sakini İcra Hakimiyyətinin binasını səhv salaraq başqa yeri daşlayıb.
Sputnik
BAKI, 21 yanvar — Sputnik. Mingəçevirdə Heydər Əliyev Mərkəzinin pəncərə şüşəsi sındırılıb. Hadisə günorta saatlarında baş verib. Şəhər sakini Elmin İsgəndərov daşla inzibati binanın böyük şüşəsinə zərbə endirib. Hadisə nəticəsində xəsarət alan olmasa da mərkəzə maddi ziyan dəyib.
Məlumata görə, hadisəni törədən şəxs Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatdadır. Məlumata görə, E.İsgəndərov mərkəz binasını İcra Hakimiyyəti zənn edərək ora daşla zərbə endirib. Zərbənin gücündən mərkəzin şüşəsinin bir qatı yararsız hala düşüb. İnzibati binaya min manata yaxın ziyan dəydiyi bildirilir.
Mingəçevirdə ruhi xəstə inzibati binanı daşladı
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, Mahir Məsimov Sputnik Azərbaycan-a bildirib ki, Mingəçevir şəhəri ərazisində yerləşən inzibati binanın qapısındakı şüşənin daş atılaraq sındırılması ilə bağlı polis şöbəsinə məlumat daxil olub:
Mingəçevirdə ruhi xəstə inzibati binanı daşladı
“Daxil olmuş məlumatla əlaqədar keçirilmiş tədbirlər nəticəsində həmin əməli törədən şəxsin şəhər sakini, Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda olan Elmin İsgəndərov olduğu müəyyən edilib və o, valideyninin də iştirakı ilə şöbəyə gətirilib”.
Hazırda məsələ ilə əlaqədar araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.