BAKI, 21 yanvar — Sputnik. Azərbaycan Respublikası Milli Məclisi ilə Avropa İttifaqı əməkdaşlıq komitəsinin əlaqələrinin qurulması üçün İş planı hazırlanacaq.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.
Qeyd edilib ki, Milli Məclis və Avropa İttifaqı əməkdaşlıq komitəsinin əlaqələri konkret işçi planı əsasında təşkil ediləcək.
Bundan başqa, qeyd edilib ki, Milli Məclis Xarici İşlər Nazirliyi ilə birgə müzakirələr keçirəcək. Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.
Qeyd edilib ki, komitənin 2022-ci il yaz sessiyası üçün iş planına Azərbaycanın xarici siyasətinin strateji istiqamətlərini müəyyən edib inkişaf etdirmək, həmçinin, Xarici İşlər nazirliyində hazırlanan xarici siyasət strategiyasına rəy və tövsiyələr vermək daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.