BAKI, 21 yanvar — Sputnik. Koronavirusun "Omicron" ştammının yayılmasının müsbət tərəfi ondan ibarətdir ki, o əvvəlkilər, o cümlədən yüksək ölümcüllüklə fərqlənən "Delta" ştammını sürətlə əvəz edəcək.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru, immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov qeyd edib.
"Omicron"a yoluxma hallarının maksimum nə qədər ola biləcəyindən danışan ekspert bu məsələyə xüsusi diqqət yetirməyin lazım olmadığını bildirib.
""Omicron" əvvəlki bütün ştammları çox sürətlə əvəz edəcək. Əslində, bu, müsbət haldır, çünki "Delta" çox sayda ölümə və xəstəliyin ağır gedişatına səbəb olur", – deyə Jemçuqov vurğulayıb.
Həkimin sözlərinə görə, diaqnozun erkən differensiasiyasına diqqət yetirmək lazımdır: ilk iki gündə xəstədə qripin, koronavirusun "Delta" və ya "Omicron" ştammının olub-olmadığını bilmək vacibdir. Bu, həkimlərə daha yüngül "Omicron"la xəstələnən gənc xəstələri ambulator şəraitdə müalicə etməyə və səhiyyə sistemini yükləməməyə imkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.