İQTİSADİYYAT

Azərbaycanda traktor istehsalı artıb

Gəncə Avtomobil Zavodu İB-də müxtəlif təyinatlı 64 "KamAZ", 30 URAL və 17 MAZ avtomobili də yığılıb.
Sputnik
BAKI, 21 yanvar — Sputnik. 2021-ci ildə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində traktor istehsalı 2 dəfə artıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-a zavodun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2020-ci ildə 299 traktor istehsal olunmuşdusa, 2021-ci ildə bu rəqəm 651-ə çatıb. 2021-ci ildə Gəncə Avtomobil Zavodu İB-də müxtəlif təyinatlı 64 "KamAZ", 30 URAL və 17 MAZ avtomobili yığılıb.
Bu müddətdə 1 ədəd traktor qoşqusu, 30 ədəd səhra mətbəx qoşqusu, 35 ədəd tullantı üçün konteyner istehsal olunub.