HƏRBİ

Azərbaycan Silahlı Qüvvələri ilə bağlı qanunvericilik dəyişdirilir

Maddi-texniki vasitələrlə təmin edilmə qayda və təminat normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Sputnik
BAKI, 21 yanvar — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin əmlakı və maddi-texniki təminatı ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.
Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunun 9-cu maddəsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc, eləcə də müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qanunun hazırkı bəndi isə belədir: "Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası, tələbat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.