BAKI, 19 yanvar — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bidirib ki, bu ölkə Ukraynaya hücum etməyə hazırlaşmır. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.
"Biz hər hansı bir aqressiv addım atmaq fikrində deyilik. Ukraynaya hücum etməyəcəyik, bu ölkəyə girməyəcəyik və işğal etməyəcəyik", – deyə o, "Valday" klubunun platformasında çıxış edən vaxt bildirib.
Qeyd edək ki, Ukrayna və Qərb dövlətləri Rusiyanın Ukrayna sərhədləri yaxınlığında "aqressiv hərəkətlərinin" artması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və özünün lazım bildiyi şəkildə yerləşdirir. Onun sözlərinə görə, bu, heç kimi təhdid etmir və heç kimi narahat da etməməlidir.