Ruslan Cəfərli Tərtər rayonunun Suqovuşan, Talış kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 13 oktyabrda isə komandiriylə birgə şəhid olub və Mingəçevir Şəhidlər xiyabanında dəfn edilib.
Doğmaları sosial şəbəkələrdə bir xanımın onun ölümünə üzülərək yazdığı “Sənə qurban olum, Ruslan, sən nə tez qara torpağa getdin?!” statusuna rast gəliblər. Bir müddət sonra isə onun məzarını ziyarətə gedəndə orada tək qızılgül görüblər.
Şəhidin anası Tahirə Nağıyeva həmin gülün kim tərəfindən qoyulduğunu bilmir. Ana həmin xanımı görmək, onunla söhbətləşib bir az təsəlli tapmağı arzulayır.
Bir bacının yeganə qardaşı olan Ruslan Cəfərli ölkə başçısının sərəncamı ilə “Vətən uğrunda” medalıyla təltif edilib.