SƏHİYYƏ

Azərbaycanda "TURCOVAC" vaksininin kliniki sınaqlarına başlanacaq

Səhiyyə naziri Teymur Musayev bildirib ki, Azərbaycana kifayət qədər vaksin gətirilib.
Sputnik
BAKI, 20 yanvar — Sputnik. Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev deyib. O bildirib ki, kifayət qədər vaksin tədarük olunub və Azərbaycana gətirilib.
Musayevin sözlərinə görə, vaksinlər ən yüksək səviyyədə saxlanılır. Yaxın günlərdə isə Azərbaycanda Türkiyə istehsalı olan "TURCOVAC" vaksininin kliniki sınaqlarına başlanacaq.
"TURCOVAC" koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvənddir. Artıq Türkiyədə bu vaksinin istifadəsinə icazə verilib.
Məlumat üçün onu da qeyd edək ki, bu ilin iyun ayının 7-dən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlar "Pfizer" vaksinindən də istifadə edə bilirlər. Hazırda ölkəmizdə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir.
Qeyd edək ki, "Pfizer" vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.