SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Ermənistandan cavab gözləyir - Hikmət Hacıyev

Prezident İlham Əliyevin səsləndirdiyi bəzi məsələlərlə bağlı Azərbaycan Ermənistandan cavab gözləyir.
Sputnik
BAKI, 20 yanvar - Sputnik. “Azərbaycan Prezidenti yerli televiziya kanallarına son müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı sualları cavablandırıb”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
H.Hacıyev qeyd edib ki, Prezident tərəfindən münasibətlərin normallaşmasını təşkil edəcək məsələlər sırasında potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların başlanması və digər məsələlərə toxunulub.
Bu xüsusda Azərbaycan Ermənistandan cavab gözləyir.
"Təbii ki, Ermənistan tərəfindən müvafiq cavablar verilməsini biz də gözləyirik. Ermənistan özü də regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməli və bundan nəticə çıxarmalıdır”, - deyə H.Hacıyev vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Prezident İlham Əliyev yerli TV-lərə müsahibə verib - tam mətn