BAKI, 18 yanvar - Sputnik. Göyçayda 11-ci sinif şagirdi bədbəxt hadisənin qurbanı olub. Olay rayonun Şıxəmir kəndində baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, kənd sakini, 16 yaşlı İsmayılova Aysun Habil qızı yaşadığı evdə dəm qazanıb zəhərlənib. Hadisə baş verən gün qızın ailə üzvləri evdə olmayıblar. Onlar evə qayıdarkən qızın səhhətində narahatlıq olduğunu görüb, Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
İlkin tibbi yardımdan sonra A.İsmayılova müalicə üçün Respublika Toksikoloji Mərkəzinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq Aysunun həyatını xilas etmək mümkün olmayıb.
Valideynləri övladlarının ölüm səbəbini qaz sızması ilə əlaqəndirirlər.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Ölümün hansı səbəbdən baş verməsi aparılan araşdırmaların sonunda bəlli olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.