BAKI, 18 yanvar — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,91 dollar artaraq 87,39 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 1,19 dollar bahalaşaraq 85,01 dollar olub.
"Brent" markalı neftin qiyməti 2014-cü ilin oktyabr ayından bəri ilk dəfə 87 dollar həddini keçib.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,81% artaraq 89,84 dollar təşkil edib. Beləliklə, Azərbaycan nefti bu ilin rekordunu təzələyib. Yanvarın 15-də “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1 dollar artaraq 89,12 dollar olmuşdu.
Qeyd edək ki, son günlər dünyada neftin qiyməti bahalaşmaqda davam edir. Neft çatışmazlığı qiymətləri daha da artıra bilər.
Ekspertlər ötən ildən bahalaşmağa başlayan neft qiymətlərinin daha da artacağını gözləyir. "Omikron"un yoluxma sürətinə baxmayaraq, qiymət bahalaşır.
Avropada yeraltı anbarlardakı qaz ehtiyatları 50 faizdən aşağı düşüb
Onu da bildirək ki, Avropada yeraltı anbarlardakı qaz ehtiyatlarının səviyyəsi 49,33 faizə düşüb.
Bu, son beş ildəki orta göstəricidən 16 faiz aşağıdır. Hazırda Avropadakı anbarlarda 53 milyard kubmetr qaz var. Lakin hazırkı qaz tədarükü səviyyəsinin qorunub saxlanılacağı təqdirdə, martın sonuna qədər Avropada qaz ehtiyatları 15 milyard kubmetrdən aşağı düşəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.