HƏRBİ

Yüksək texnologiyanın tətbiqi ilə döyüş hazırlığı - VİDEO

Toplanış müddətində komandirlər yüksək texnologiyanın da tətbiqi ilə ümumqoşun hazırlığı üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə müxtəlif tapşırıqları yerinə yetiriblər.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən, hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, toplanış müddətində komandirlər yüksək texnologiyanın da tətbiqi ilə ümumqoşun hazırlığı üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə müxtəlif tapşırıqları yerinə yetiriblər.
Toplanışın keçirilməsində əsas məqsəd komandir heyətinin idarəetmə bacarıqlarının və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.