FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Otuz il ərzində ən böyük vulkan püskürməsinin şok görüntüləri

Böyük dalğalar sahilyanı ərazilərdə evlərin və binaların ətrafında fırlanaraq sahillə doğru hərəkət edirdi.
Sputnik
Sakit okeanın cənubunda yerləşən Tonqa krallığında Hunqa-Haapay vulkanının püskürməsi dünya tabloidlərinin mövzusuna çevrilib.
Hunqa-Haapay sualtı vulkanı yanvarın 14-də havaya təxminən 20 km qalxan və beş kilometrə qədər eninə uzanan dağıdıcı kül buludunu püskürdüb.
Püskürmə peyk görüntülərində qeydə alınmış ən güclü püskürmələrdən biri olub.
Tonqanın "coğrafi təcrid olunmasına" baxmayaraq, püskürmədən sonra səs hətta Tonqatapu arxipelaqının əsas adasından 1,8 km aralıqda olan Yeni Zelandiyada da eşidilib. Tonqadan 800 km məsafədə yerləşən Fici və Vanuatu adalarında da "hiss olunub". Sakinlərin sözlərinə görə, "yer və binalar" bir neçə saat ərzində silkələnib.
Böyük dalğalar sahilyanı ərazilərdə "evlərin və binaların ətrafında fırlanaraq" "sahillə doğru hərəkət edirdi.
1 / 12

Planet SkySat"in görüntüsündə sualtı Tonqaz vulkanının püskürməsindən bir neçə gün əvvəl ondan yüksələn tüstü toplusu əks olunub.

2 / 12

Tonqa adasında sualtı vulkanın püskürməsin nəticəsində yerli hakimiyyətin sunami xəbərdarlığından sonra Çilidə insanlar sahil ərazidən təxliyə olunurlar.

3 / 12

Tonqada püskürən sualtı vulkanı əks etdirən fotoşəkil, 2009-cu il.

4 / 12

Yaponiyanın "Himawari-8" peyki ilə lentə alınmış Tonqa vulkanının püskürməsi.

5 / 12

İşçi Tonqa adasında sualtı vulkanın püskürməsi nəticəsində yerli hakimiyyətin sunami xəbərdarlığından sonra Çilidə insanların sahil ərazisindən kütləvi şəkildə təxliyə edilməsindən sonra şezlonqları daşıyır.

6 / 12

Tonqa sualtı vulkanının püskürməsi zamanı Yaponiyanın "Himawari-8" meteoroloji peyki tərəfindən çəkilmiş peyk şəkli.

7 / 12

Tonqa adasında sualtı vulkan püskürməsi nəticəsində yaranmış sunamidən zərər görən qayıqların havadan görünüşü.

8 / 12

Tonqa vulkanının püskürməsi nəticəsində havaya yüksələn ağ qazaoxşar buludlar.

9 / 12

Sakit Okeanda sualtı vulkanın püskürməsi nəticəsində əmələ gələn, qeyri-rəsmi olaraq Hunqa Tonqa-Hunqa Haapay kimi tanınan Tonqa adasının görünüşü.

10 / 12

Polis əməkdaşı Kaliforniyanın Santa Kruz şəhərindəki əsas çimərliyini patrul edir.

11 / 12

İnsanlar Kaliforniyanın Los-Anceles şəhərindəki Venis Biç sahilində dalğaları izləyirlər.

12 / 12

Yeni Zelandiya Hərbi Hava Qüvvələrinin "Orion" təyyarəsi Oklənd bazasını tərk edərək Tonqaya getməyə hazırlaşır.

1/12
"
Krallığın hakimiyyəti Havay, Alyaska, ABŞ-ın Sakit okean sahillərində və Yaponiyada da elan edilən sunami təhlükəsi barədə xəbərdarlıq edib.