DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ömrü uzatmaq üçün sadə bir üsul

Alimlər qeyd ediblər ki, zeytun yağı ən çox Cənubi Avropa və Aralıq dənizi ölkələri sakinlərinin gündəlik qida rasionunda olur.
Sputnik
BAKI, 16 yanvar - Sputnik. Pəhrizinizdə mayonez və marqarini zeytun yağı ilə əvəz etsəniz, gözlənilən ömür müddəti uzana bilər. RİA Novosti xəbər verir ki, Harvard Tibb Məktəbinin alimləri belə bir qənaətə gəliblər.
Tədqiqatın nəticəsi Journal of the American College of Cardiology jurnalında dərc olunub.
Tədqiqatın müəllifləri 90 min könüllünün məlumatlarını tədqiq edərək belə qənaətə gəliblər ki, on qram marqarin, kərə yağı və ya mayonezin müvafiq miqdarda zeytun yağı ilə əvəz edilməsi bir çox xəstəliklərdən ölüm riskini azalda bilər:
"Zeytun yağının daha çox istehlakı ürək-damar xəstəliklərindən ölüm riskinin 19%, xərçəngdən 17%, neyrodegenerativ xəstəliklərdən 29%, tənəffüs sistemi xəstəliklərindən 18% azalmasına səbəb olur".
Alimlər qeyd ediblər ki, zeytun yağı ən çox Cənubi Avropa və Aralıq dənizi ölkələri sakinlərinin gündəlik qida rasionunda olur.
Həmçinin oxuyun:
COVID-19-un gedişatını yüngülləşdirən pəhriz
Oturaq həyat tərzi keçirənlər üçün mükəmməl qida rasionu
Yulaf yeyin - bağırsağınızı sevindirin