Ötən gün gecə saatlarında Cənub zonasının dağlıq ərazilərinə intensiv qar yağıb. Qar əsasən dağətəyi ərazilərdə yağmağa başlayıb.
Lənkəran-Lerik avtomobil yolu ilə Lerik istiqamətinə qalxdıqca qarın qalınlığı aşağı ərazilərdə 3-5 sm, rayon mərkəzində 15-25 sm təşkil edirdi.
Bildirək ki, Lənkəran sakinləri qarı seyr etmək üçün Lerik rayonuna üz tutublar. Bəzi ərazilərdə qar dağın ancaq bir hissəsinə yağıb. Ana təbiətin yaratdığı bu qeyri-adi gözəllik Sputnik Azərbaycan-ın videosunda.