BAKI, 17 yanvar — Sputnik. Hesablama Palatası tərəfindən 2022-ci ildə Mədəniyyət Nazirliyində və Gənclər və İdman Nazirliyində audit aparılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, 2021-ci ilin 24 dekabr tarixində Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti tədbirlərini, eləcə də cari fəaliyyətini əhatə edən 2022-ci il üçün İş Planı təsdiq edilib və cari ildə Mədəniyyət Nazirliyində və Gənclər və İdman Nazirliyində audit aparılması nəzərdə tutulur.
Bundan başqa, Hesablama Palatası tərəfindən işğaldan azad edilmiş ərazilərdə bərpa işləri üçün ayrılmış vəsaitlərin auditi həyata keçiriləcək.
Qeyd edilib ki, dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərdə bərpa işləri üçün ayrılmış vəsaitlərin auditinin həyata keçirilməsi gözlənilir.